SON XƏBƏRLƏR

İrandan Davutoğlunun sözlərinə reaksiya

2021.10.20, 07:36
İrandan Davutoğlunun sözlərinə reaksiya

Gunaz.tv

İrandan Davutoğlunun sözlərinə reaksiya

GünazTV: Türkiyə Xarici işlər Naziri Əhməd Davutoğlunun ifadələrinə reaksiya verən İran Xarici işlər nazirliyi, Suriya dövlətinə əhatəli dəstəklərinin davam etdiyini söylədi.

İranın rəsmi xəbər agentliyi IRNAə danışan İran Xarici işlər nazir Köməkçisi Hüseyn Əmir Abdullahiyan, Türkiyə xarici işlər naziri Davutoğlunun bir qəzetə verdiyi reportajda istifadə etdiyi, "İran və Rusiya keçən ilə nəzərən Suriya Dövlət Başçısı Beşar Esada verdikləri dəstəyi azaltdı" ifadəsini qiymətləndirdi. 

Abdullahiyan, "İran İslam Respublikasının, Suriya dövləti və millətinə verdiyi dəstək əhatəli şəkildə davam etməkdədir.

Suriya xalqının, Esadın islahatlarına dəstək verdiklərinə və xarici müdaxilələrə qarşı olduqlarını açıqladı.

Beynəlxalq və bölgədəki bəzi ölkələrin Suriyadakı müxalifləri silahlandırılma mövzusunda xəbərdar edən Abdullahiyan, "İran, Suriyadakı etibarsızlığı və sabitliksizliyi dəstəkləyən ölkələri bu ölkədəki böhranın şiddətləndirilməsindən məsul tutduqlarını" açıqladı.S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar