SON XƏBƏRLƏR

ABŞ iranlı generalın bütün aktivlərini dondurub

2021.10.20, 07:36
ABŞ iranlı generalın bütün aktivlərini dondurub

Gunaz.tv

ABŞ iranlı generalın bütün aktivlərini dondurub

GünazTV: ABŞ İran İnqilabi Keşikçilər ordusunun tərkibinə daxil olan “Əl-Qüds” xüsusi xidmətinin generalı Qulamriza Bağbaniyə qarşı qadağalar tətbiq edib.

Birləşmiş Ştatların Maliyyə Nazirliyinin məlumatına görə, general Qulamriza Bağbani Əfqanıstandan narkotika qaçaqmalçılığı, eləcə də əfqan taliblərinə silah tədarükündə ittiham olunur. 

Amerika xüsusi xidmət orqanlarının iranlı generalla bağlı yaydıqları məlumatda deyilir ki, Bağbaninin Əfqanıstanla həmsərhəd olan Zahedan əyalətindəki rəhbərlik etdiyi idarə İran sərhədi vasitəsilə Əfqanıstan narkomafiyasına tiryəkin narkotik alkaloidlərini daşımaqda yardım edib.

 ABŞ yuridiksiyası ilə generalın bütün aktivləri dondurulub, Amerikanın fiziki və hüquqi şəxslərinə onunla işgüzar əlaqəyə girmək qadağan edilib.S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar