SON XƏBƏRLƏR

Amerika ilə müttəfiqləri arasında Suriyaya hərbi müdaxilə müzakirə olunur

2021.10.20, 07:36
Amerika ilə müttəfiqləri arasında Suriyaya hərbi müdaxilə müzakirə olunur

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) hökuməti Suriyaya hərbi müdaxilə üçün müttəfiqləri ilə məsləhətləşmələrə başlayıb.

GünAz TV mətbuat mərkəzinin “Azadlıq qəzeti”nə istinadən yaydığı məlumata görə, Bu barədə bir sıra Amerika media quruluşları adlarının gizli saxlanmasını istəyən rəsmi şəxslərə istinadla xəbər yayıb.

Məlumata görə, “dinc əhalinin müdafiəsi” devizi ilə keçiriləcək əməliyyatlar üçün bu variantlar (seçənəklər) nəzərdən keçirilir:

Uçuşa qadağa məntəqəsinin tətbiqi;

Humanitar (insani) dəhlizin hərbi müdafiəsi;

Təhlükəsizlik məntəqəsinin yaradılması.

Əməliyyatlar Suriyanın Türkiyə ilə sərhəd bölgəsindən başlamalıdır.

Məqsəd Əsəd rejiminə qarşı savaşan müxalifətə birbaşa dəstək verməklə rejimin devrilməsinə nail olmaqdır.

Məlumatlara görə, hələlik hərbi əməliyyatların müddəti, miqyası və tətbiqi forması ilə bağlı müttəfiqlər arasında yekdil fikir yoxdur. Məsləhətləşmələr davam etdirilir.

ABŞ-ın məhz hansı müttəfiqləri ilə məsləhətləşmə apardığı açıqlanmır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar