SON XƏBƏRLƏR

Suriyada gərginlik davam edir: “47 qadın və uşaq cəsədi tapıldı”

2021.10.20, 07:36
Suriyada gərginlik davam edir: “47 qadın və uşaq cəsədi tapıldı”

Gunaz.tv

GünAz TV: Suriyada hökumət əleyhinə qiyama qalxmış kütlə ilə ən qızğın toqquşmaların qeydə alındığı Homs şəhərində 47 qadın və uşaq cəsədi tapılıb.

Onlardan 26-sı qadın, 21-i uşaq cəsədidir. Əksər cəsədlər üzərində zorakılıq əlamətləri var. Kütləvi qətliamın dünən axşam törədildiyi güman edilir. Bu barədə Milli.Az Rusiya mətbuatına istinadən xəbər yayıb.

Dövlət televiziyası qətllərin "silahlı terror qruplaşmaları" (müxalifət tərəfdarları nəzərdə tutulur - red.) tərəfindən törədildiyini iddia edir.

Suriya müxalifəti isə son sutka (24 saat) ərzində Bəşər Əsəd qüvvələrinin Homsda ən azı 70 nəfəri qətlə yetirdiyini bildirir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar