SON XƏBƏRLƏR

İran səfiri Amerika və İsraili raketlə vurmaqla hədələyib

2021.10.20, 07:36
İran səfiri Amerika və İsraili raketlə vurmaqla hədələyib

Gunaz.tv

GünAz TV: İranın Livandakı (Lübnan) səfiri Qəzənfər Roknabadi bildirib ki, “hazırda 11 min raket hazır vəziyyətdədir”.

 

“İran ən kiçik ehtimalı belə ciddi dəyərləndirir. Biz özümüzü müdafiə etmək üçün lazımi mövqe tutmuşuq. Ölkəmizə hər hansı hərbi müdaxilə olarsa, düşmənlərimizə sərt cavab verəcəyik”.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri İranın Livandakı (Lübnan) səfiri Qəzənfər Roknabadi bildirib.

 

Onun sözlərinə görə, hazırda 11 min raket hazır vəziyyətdədir: “Biz hücum ehtimalına qarşı hazırlıqlıyıq. Bu raketlər hər hansı hərbi müdaxilə olacağı təqdirdə, ABŞ (Amerika Birləşmiş Ştatları) və İsrailin bölgədəki obyektlərinə buraxılmaq məqsədilə hazır vəziyyətə gətirilib”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar