SON XƏBƏRLƏR

Suriya Avropa ölkələrindən səfirlərini geri çağıracağını açıqlayıb

2021.10.20, 07:36
Suriya Avropa ölkələrindən səfirlərini geri çağıracağını açıqlayıb

Gunaz.tv

GünAz TV: Suriyada  hökumət əleyhinə ayürüşlər və müxalifətçilərə qarşı əməliyyatlar zamanı son sutka (24 saat) ərzində ölənlərin sayı 95 nəfərə çatıb.

Paytaxt Dəməşq, İdlib, Dəraa, Deyr Əz Hur kimi şəhərlərdə keçirilən hökumət əlehinə aksiyalarda yeni qarşıdurmalar yaranıb.

Suriya Avropa ölkələrindən səfirlərini geri çağıracağını açıqlayıb. Artıq Suriyanın Avropa ölkələrindəki bəzi diplomatik korpuslarına bununla bağlı müvafiq sənədlər göndərilib. Fransa isə BMT-də (Birləşmiş Millətlər Təşkilatı) Suriya ilə bağlı yeni qətnamənin uğuruna inanmadığını bildirib. Bu ölkənin xarici işlər naziri Alen Jüpe deyib ki, sənəd yenə qəbul olunmayacaq. Çünki bu qətnamə layihəsinə də Rusiya və Çinin veto qoyacağı aydındır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar