SON XƏBƏRLƏR

Əsədin ordusu Türkiyə sərhəddinə dayandı

2021.10.20, 07:36
Əsədin ordusu Türkiyə sərhəddinə dayandı

Gunaz.tv

GünAz TV: Suriyada Birləşmiş Millətlər Təşkilatının (BMT) və Ərəb Birliyinin Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın prezident Bəşər Əsədlə keçirdiyi görüş bitməmiş Türkiyə sərhədində vəziyyət gərginləşib.

Buna səbəb Suriya ordusunun Türkiyəyə qaçmağa çalışan 25 mindən çox müxalifət üzvlərinin ailələrinə mane olmağa çalışmasıdır.

Humus şəhərinə hücumdan sonra Əsəd ordusu Türkiyə sərhədindəki İdlibi yaşayış məntəqəsini mühasirəyə alıb. SİA AFP xəbər agentliyinə istinadən bildirir ki, bu şəhərdən qaçan və sərhədi keçənlərin sayı 189-u ötüb. Mənbə məlumat verir ki, demək olar ki, hər gün Türkiyə sərhədini 40-50 nəfər keçməyə müvəffəq olur. Sərhədə yaxın Güveççi kəndinin sakinləri səhərin erkən saatlarında silah və partlayış səslərinə oyandıqlarını bildiriblər.

Türkiyə mənbələri isə bu günə qədər Suriyadan qaçan mühacirlərin sayının 12519 nəfərə çatdığını bildirib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar