SON XƏBƏRLƏR

Milli fəallar unudulmur: “Mərhum Səhənd Əfşarinin ildönümü qeyd olunub”

2021.10.20, 07:36
Milli fəallar unudulmur: “Mərhum Səhənd Əfşarinin ildönümü qeyd olunub”

Gunaz.tv

GünAz TV: Azərbaycanın qədir-qiymət bilən xalqı öz fədakar övladlarını illər keçsədə unutmur.

 

Məlumata görə, Azərbaycan Milli Hərəkatı fəalı və şair mərhum Səhənd Əfşarinin növbəti ildönümü mərasimi keçirilib. Mərasimdə yerli əhali və 10-larla tanınmış azərbaycanlı fəal mərhumun ailəsi ilə birlikdə onun məzarı üstünə gedib və əziz xatirəsini anıblar.

 

Mərasim martın 9-da (isfəndin 19-da) keçirilib.

 

Qeyd edək ki, mərhum Əfşari 2006-cı il martın 10-u (1384-cü il isfəndin 19-u) Ərdəbil-Astara yolunda avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

“ALLAH rəhmət eləsin”

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar