SON XƏBƏRLƏR

İbrahim Rəşidi adından yalançı telefon əlaqələri saxlanılıb

2021.10.20, 07:36
İbrahim Rəşidi adından yalançı telefon əlaqələri saxlanılıb

Gunaz.tv

GünAz TV: Hazırda həbsdə saxlanılan tanınmış Milli Hərəkat fəalı İbrahim Rəşidi (Savalan) adından yalançı telefon əlaqələri saxlanılıb.

 

50 gün saxlanıldıqdan sonra Təbriz ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsindən İbrahim Rəşidinin dostlarına zəng edilib.

 

İbrahim Rəşidinin qardaşı məhkəməyə müraciət edib, qardaşı ilə telefon əlaqəsi saxlamağa icazə alıb və onunla danışdıqdan sonra məlum olub ki, bu günə qədər İbrahim Rəşidi kimsə ilə telefon əlaqəsi saxlamayıb və bütün bunlar hansısa məqsədlərə yönəlik ETTELAAT tərəfindən həyata keçirilib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar