SON XƏBƏRLƏR

Əfqanıstanda birliyindən qaçan bir Amerikan əsgəri ortalığa ölüm yağdırdı.16 ölü

2021.10.20, 07:36
Əfqanıstanda birliyindən qaçan bir Amerikan əsgəri ortalığa ölüm yağdırdı.16 ölü

Gunaz.tv

Əfqanıstanda birliyindən qaçan bir Amerikan əsgəri ortalığa ölüm yağdırdı.16 ölü

GünazTV: Qəndahardakı birliyindən şəfəq vaxtı fərar edən Amerikan əsgəri, tüfənyiylə küçədə gördüyü hər kəsə rast gələ atəş açdı.

Gözü dönmüş əsgər yalnız küçədəki insanlara güllə yağdırmaqla qalmadı. Evlərin də içinə girdi. Qadın, uşaq, yaşlı demədən önünə çıxan hər kəsi öldürdü.

Qəndaharda səhər ilk saatlarda can bazarı yaşanmasına səbəb olan hadisədə 16 nəfə  həyatını itirdi, onlarla adam da yaralandı.

 Bu qorxunc hadisədən sonra sanki heç bir şey olmamış kimi hərbi düşərgəsinə dönən Amerikalı əsgər həbs olundu.

Əfqanıstandakı NATO liderliyindəki çox millətli güc, yaşanan bu dəhşət verici hadisələ əlaqədar Kabol rəhbərliyindən və Əfqan xalqından üzr istədi, ayrıca istintaq başladıldığını açıqladı.

Əfqanıstanda iki həftə əvvəl bir Amerikan əsgəri  Qurani  və dini kitabların yandırıldığının ortaya çıxması, ölkəni böyük infiale gətirib çıxarmışdı, çıxan hadisələrdə 6ı Amerikan əsgəri, 39u Əfqan vətəndaşı, 45 nəfər ölmüşdü.

Qəndiharda yaşanan bu qorxunc hadisənin, Vaşinqtona dəstək verdiyi Hamid Karzai rəhbərliyinə böyük çətinliklər yaratacağı və Talibanın daha da güclənəcəyi açıqlamaları edilir.S.B 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar