SON XƏBƏRLƏR

Bəluc təşkilatı silahlı hücumun məsuliyyətini öz üzərinə götürüb

2024.07.20, 13:03
Bəluc təşkilatı silahlı hücumun məsuliyyətini öz üzərinə götürüb

İranda yaşayan sünni məzhəbli etnik bəlucların silahlı təşkilatı olan "Ceyş əl-Əd" iyulun 18-də Səravan şəhərində polis qüvvələrinə hücumun məsuliyyətini öz üzərinə götürüb.

Gunaz.tv

Bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib.

Bildirilib ki, hücumdan məqsəd İran Polis Komandanlığının kəşfiyyat bölməsinin Səravanda iclas keçirən rəhbər şəxslərinin cəzalandırılması olub.

Bəyanat müəllifləri əsas hədəflərinin komandanlığın zabiti Behrəng Suri olduğunu bildiriblər.

"Əməliyyat nəticəsində Polis Komandanlığının kəşfiyyat bölməsinin zabitlərindən biri həlak olub, bir neçəsi yaralanıb və əsas hədəf olan Behrəng suri isə bədən xəsarətləri alsa da, sağ qalıb",- deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, rəsmi məlumata görə, iyulun 18-i Səravan şəhərində baş verən silahlı hücum nəticəsində Əli Mütəhhəri adlı polis kapitanı həlak olub, bir polis zabiti isə yaralanıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar