SON XƏBƏRLƏR

Suriyada müxalifət Kofi Annanın dialoq çağırışına YOX dedi

2021.10.20, 07:36
Suriyada müxalifət Kofi Annanın dialoq çağırışına YOX dedi

Gunaz.tv

GünAz TV: Suriyada vəziyyət gərgin olaraq qalır. Ötən gün təhlükəsizlik qüvvələrinin hücumları nəticəsində azı 62 nəfər öldürülüb.

Suriya İnsan Haqları müşahidəçi qrupunun məlumatına görə, ötən gün təhlükəsizlik qüvvələrinin hücumları nəticəsində azı 62 nəfər öldürülüb.

GünAz TV mətbuat mərkəzinin “Ans press”-ə istinadən yaydığı məlumata görə, Hücumların əsasən, Homs və İdlib şəhərlərində həyata keçirildiyi bildirilir. Ölkənin müxtəlif yerlərində çəkilmiş həvəskar kadrlar isə hər gün yayımlanmaqda davam edir. Ötən gün Homs şəhərində çəkilmiş kadrlarda şəhərdə zorakılığın davam etməsi görüntüləri nümayiş etdirilib. Kadrlarda raketlərin və tank mərmilərinin səsini eşitmək olur.

 Əhali isə növbəti etiraz aksiyalarına (yürüş) başlayıb. Ötən gün cümə namazından sonra ölkənin bir çox şəhərlərində, eləcə də, paytaxt Dəməşqdə, Homs, İdlib və Dəraa şəhərlərində nümayişlər keçirilib. Aksiyada etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər və Bəşər Əsədin dərhal istefasını tələb ediblər. Həma şəhərində isə ölkənin kürd icması hökumətə qarşı etiraz edib.

 Suriya müxalifəti kürd icmasını öz tərəfinə çəkərək onların etirazlarda iştirak etməsinə nail olmaq istəyir. Bəşər Əsəd isə 250 min kürdü öz tərəfinə çəkmək məqsədilə onlara aprel ayında vətəndaşlıq vermişdi.

 Ölkə müxalifti BMT-Ərəb Liqası (Birləşmiş Millətlər Təşkilatı-Ərəb Birliyi) İttifaqının Suriya böhranı üzrə nümayəndəsi Kofi Annanın dialoqlara çağırışını rədd edib və bildirib ki, ölkədə qətliama son qoyulmadıqca bu cür danışıqların mənası yoxdur. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar