SON XƏBƏRLƏR

Moskvada müxalifətin mitinqi keçirilir

2021.10.20, 07:36
Moskvada müxalifətin mitinqi keçirilir

Gunaz.tv

GünAz TV: Moskvanın “Yeni Arbat” meydanında Rusiya müxalifətinin mitinqi başlayıb. Mitinq “Ədalətli seçkilər naminə” şüarı altında keçirilir.

50 min adamın iştirakı gözlənilir. Mitinq yerində bir çox internet sayt canlı translyasiya (pəxş) aparır. Əsas şüarlar “Yeni seçkilər uğrunda”, “Rusiya azad olacaq”, “Bu seçki deyil, bu prezident deyil” çağırışlarıdır.

GünAz TV mətbuat mərkəzinin “Azadlıq qəzeti”nə istinadən yaydığı məlumata görə, Ağ lent bağlamış minlərlə adam mitinq meydanına tərəf gediblər. Yürüş təşkilatçılarının İntefaksa verilən məlumata görə meydana 30000 nəfər toplaşıb. Məhşur teleaparıcı Kseniya Sobçak çıxışında deyib: “Mən saxtakarlığı öz gözlərimlə görmüşəm. Biz bura toplaşmıq ki, bizi görsünlər, eşitsinlər. Biz hamımız bilirik ki, biz nəyə qarşıyıq.” Çıxışçılardan Qari Kasparov Jirinovski, Zyuqanov və Mironova istehza edərək onları “Şurikin macaraları” filminin personajları ilə müqayisə edib. Qriqoriy Yavlinksi: “Mübarizə ağır və çətin olacaq. Ancaq Rusiya dəyişiklik tələb edir.” Mitinq hələ davam edir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar