SON XƏBƏRLƏR

Nikola Sarkozi: “Soyqırıma görə peşman deyiləm”

2021.10.20, 07:36
Nikola Sarkozi: “Soyqırıma görə peşman deyiləm”

Gunaz.tv

GünAz TV: Fransa prezidenti Nikola Sarkozi  ”Əl-Cəzirə” qətliamından peşmanlıq duymadığını deyib.

GünAz TV mətbuat mərkəzinin “Mərkəz”ə istinadən yaydığı məlumata görə, prezident bu barədə “Nice-Matin” qəzetinə açıqlama verərkən bildirib.

N.Sarkozi Cəzirə müharibəsi zamanı dəhşətli hadisələrin baş verdiyini, ancaq Fransanın bu hadisələrdə məsuliyyət daşımadığını və bu müharibəyə görə peşman olmadığını söyləyib.

 Xatırladaq ki, 1961-ci ildə Parisdəki cəzirəli köçkünlər Cəzirə müharibəsinə qarşı nümayiş keçirmişdilər. Nümayişdən öncə Parisdə yaşayan cəzirə mənşəli insanların küçəyə çıxmaqları qadağan edilmişdi. Cəzirə müharibəsinə qarşı edilən və 30 min insanın iştirak etdiyi nümayişdə heç bir hadisə olmamışdı. Lakin hökumət əsgər və polislərə əmr etmişdi ki, nümayişçilərə atəş açsın. Nəticədə təxminən 400 insan öldürülmüş, minlərlə insan yaralanmış, 14 min nəfər həbs edilmişdi. Daha sonra 500-ə yaxın cəzirəli Əl-Cəzirəyə göndərilmək məqsədilə sərhəddən xaric edilmişdilər.

 Hadisədən sonra Fransa mətbuatı insidentlə (hadisə) bağlı özünü görməməzliyə vurmuşdu. Belə ki, qətliam bu gün də rəsmi qurumlar tərəfindən tanınmır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar