SON XƏBƏRLƏR

Prezident Obama Putini təbrik elədi

2021.10.20, 07:36
Prezident Obama Putini təbrik elədi

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti ikitərəfli münasibətlərin daha da möhkəmlənəcəyinə ümid etdiyini deyib.

ABŞ prezidenti Barak Obama Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putini qələbə münasibəti ilə təbrik edib. ANS PRESS-in "İnterfaks"a istinadla verdiyi məlumata görə, Obama hazırda baş nazir olan Vladimir Putinə zəng edib. Bu barədə məlumatı Rusiya Federasiyasının dövlət başçısının beynəlxalq işlər üzrə köməkçisi Yuriy Uşakov verib. Onun sözlərinə görə, telefon danışığı qeyri-formal olsa da, maraqlı xarakter (mahiyyət) daşıyıb və 20 dəqiqəyə yaxın davam edib.

 ABŞ dövlət başçısı ikitərəfli münasibətlərdə son dövrlərdə daha da artan müsbət tendensiyanın (təmayul) möhkəmlənəcəyinə ümid etdiyini bildirib. Amerika admnistrasiyasının (yönətim) rəhbəri yeni seçilən prezident V.Putinlə daha da sıx əməkdaşlıq etməyə hazır olduqlarını qeyd edib.

 Putin öz növbəsində Barak Obamaya təşəkkür edib və dünyada sülhün bərqərar olması üçün ABŞ-Rusiya əməkdaşlığının böyük əhəmiyyət daşıdığını vurğulayıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar