SON XƏBƏRLƏR

“İrana qarşı sanksiyaları sərtləşdirmək lazımdır”

2021.10.20, 07:36
“İrana qarşı sanksiyaları sərtləşdirmək lazımdır”

Gunaz.tv

GünAz TV: Diplomatik səylər nəticə verməsə, İranın nüvə obyektlərinə (təsisat) hərbi müdaxilə ediləcək.

İrana qarşı daha sərt sanksiyalar (təhrim) tətbiq etmək lazımdır. ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton Cənubi Koreyanın xarici işlər naziri ilə görüşdən sonra belə bir bəyanatla çıxış edib: "Biz Konqresin dünya ictimaiyyətinin İran rejiminin neft satışından əldə etdiyi pulların qarşısını almaq barədə fikirlərini paylaşırıq. Bu kontekstdə biz Cənubi Koreya ilə İran neftinə alternativ axtarışı məsələsində sıx əməkdaşlıq edirik".

GünAz TV mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Hillari Klinton onu da qeyd edib ki, ABŞ İranın beynəlxalq ictimaiyyətin həyata keçirdiyi tədbirlərin bütün ağırlığını hiss etməyini istəyir. «Biz həmçinin birmənalı olaraq iranlılara göstərmək istəyirik ki, bütün dünya onların nüvə silahı əldə etmək səylərinə qarşı birləşib»-Klinton əlavə edib. Qeyd edək ki, ABŞ və digər qərb ölkələri İranı dinc nüvə proqramı altında nüvə silahı hazırlamaqda ittiham edir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar