SON XƏBƏRLƏR

Amerika İranı yeni silahla vuracaq

2021.10.20, 07:36
Amerika İranı yeni silahla vuracaq

Gunaz.tv

GünAz TV: «Əgər ABŞ (Amerika Birləşmiş Ştatları) İrana zərbə endirməli olsa, bu, İsrailin planlaşdırdığı zərbədən qat – qat güclü və dağıdıcı olacaq» - belə bir bəyanatla ABŞ – ın müdafiə naziri Leon Panetta çıxış edib.

Müdafiə nazirinin bəyanatı, hərbi hava qüvvələrinin komandanı (fərmandehi) - Herbert Karlaylın, İranın nüvə obyektlərini (təsisat) məhv etmək üçün ABŞ – ın əlində «Super silah» olması ilə bağlı açıqlaması ilə üst – üstə düşüb. Çəkisi 13,5 ton olan yeni bomba, 65 metr qalınlıqda olan betonu dağıtmağa qadirdir. Bu silah ABŞ silahlı qüvvələrinin balansına ötən il daxil oloub.

Bu arada İsrailin İranla bağlı mövqeyində dəyişiklik hiss olunur. Ötən gün Vaşinqtondan qayıdan baş nazir Benyamin Netanyahu jurnalistlərə açıqlamasında bildirib ki, Təl-Əviv, İrana qarşı müharibəyə başlamağa tələsmir və bu ölkəyə qarşı sanksiyaların (təhrim) nəticəsini gözləmək, ona daha bir şans vermək niyyətindədir. Lakin o, münaqişənin hərbi yolla həlli variantından (seçənək) hələ tam əl çəkmədiklərini də diqqətə çatdırıb. «Biz İrana nüvə silahı əldə etməyə imkan verməməliyik» - deyə o, vurğulayıb. Bu arada İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki səfiri Əli Əsgər Soltani BMT – nin (Birləşmiş Millətlər Təşkilatı), İsrailin İranı müharibə ilə hədələməsinə biganə qalmasına görə, təəsüfləndiyini bildirir. Qeyd edək ki, həm Birləşmiş Ştatlar, həm də İsrail, İranın nüvə proqramı ilə bağlı problemin siyasi yolla həllinə üstünlük verdiklərini dəfələrlə bəyan etsələr də, adıçəkilən ölkəyə zərbə endiriləcəyini də istisna etmirlər. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar