SON XƏBƏRLƏR

Libi muxtariyyətlərə bölünür

2021.10.20, 07:36
Libi muxtariyyətlərə bölünür

Gunaz.tv

GünAz TV: Liviyanın (Libi) daha bir məntəqəsi muxtariyyət elan edib. Misuratanın yerli hökuməti ölkənin digər ərazilərindən bu rayona (məntəqə) vətəndaşların gəlişinə qadağa qoyub.

Liviyanın üçüncü böyük şəhərinin administrasiyası (yönətim) ölkənin digər rayonlarının sakinlərinin şəhərə daxil olmasına məhdudiyyət qoyub. Bu faktiki (əməli) olaraq muxtariyyətin elan olunması deməkdir. Bələdiyyə orqanlarının bəyanatında deyilir ki, şəhərin müdafiəsi və ictimai asayişin qorunması ötən il Misuratanı Qəddafi qüvvələrindən qoruyan yerli birləşmələrin öhdəsinə verilib.

Qeyd edək ki, bu həftə Liviyanın şərq hissəsindəki Kirenaika rayonu da muxtariyyət elan etmişdi. Bundan başqa muxtariyyətda müdafiə, maliyyə və neft nazirliklərinin də daxil olduğu dövlət hakimiyyəti orqanları yaradılacaq. Bu arada Liviyanın baş naziri Əbdül Rəhim Əl-Kib ölkə ərazisində Suriya üsyançılarının təlim mərkəzinin olmasını təkzib edib. Bu barədə o, ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klintonla görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib. Xatırladaq ki, bundan öncə Rusiyanın BMT (Birləşmiş Millətlər Təşkilatı) yanında daimi nümayəndəsi Vitali Çurkin Suriyaya göndərilməzdən öncə inqilabçı döyüşçülərin Liviyada hazırlıq keçməsi barədə fikir səsləndirmişdi. Bundan başqa Çurkin Liviyada Suriya hökumətinə qarşı hərbi fəaliyyətdə iştirak edənlərin xüsusi hazırlıq mərkəzi olması barədə xəbərdən Rusiyanın narahat olduğunu bildirmişdi. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar