SON XƏBƏRLƏR

“İranla müharibə qaçılmazdır”

2021.10.20, 07:36
“İranla müharibə qaçılmazdır”

Gunaz.tv

GünAz TV: “İranın nüvə silahına sahib olmasının qarşısını almağın yeganə yolu ciddi hərbi təhdiddir. Yalnız bu vəziyyətdə hərbi müdaxiləyə ehtiyac qalmayacaq”.

Bu fikirləri İsrailin baş naziri Benyamin Netanyahu “FOX News”ə açıqlamasında bildirib.  

Onun sözlərinə görə, İranla müharibə qaçılmazdır: “Bu ölkə yalnız 2003-cü ildə geri addım atıb. Çünki həmin vaxt İran gerçək bir təhdidin varlığına inandı. İndi belə bir paradoksla qarşı-qarşıyayıq. Əgər İran həqiqətən hücumla qarşı-qarşıya qalacağına inansa, o zaman müdaxiləyə gərək qalmaya bilər”.

 B. Netanyahu deyib ki, İranın nüvə silahına sahib olmaq ehtimalı gündən-günə artır: “Mən 15 il əvvəl bu mövzudan danışanda bu, çox uzaq ehtimal idi. Ancaq 10 il əvvəl belə bir ehtimal gerçəkliyə çevrilməyə başladı. 5 ay əvvəl isə lap yaxın oldu. Yəni addım-addım bu məqsədə yaxınlaşırlar”.

 İsrailin baş naziri vurğulayıb ki, İrana qarşı sanksiyalar (təhrimlər) bu ölkənin nüvə proqramını dayandırmaq üçün heç bir təsir gücünə malik deyil: “Çünki sərt sanksiyalar hərbi variant (seçənək) olmadan işə yaramayacaq”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar