SON XƏBƏRLƏR

Amerikanın İran hakimiyyətinə qarşı təzyiqləri davam edir

2021.10.20, 07:36
Amerikanın İran hakimiyyətinə qarşı təzyiqləri davam edir

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) İran hakimiyyətinə qarşı basqıları davam etməkdədir.

GünAz TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Amerikanın Maliyyə Nazirliyi İslam İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) generalı Qulamrza Bağbaniyə sanksiya (təhrim)  tətbiq edib. O, Əfqanıstandan İran ərazisinə narkotik (müxəddir maddələri) maddələrin qanunsuz keçirilməsinə himayədarlıqda suçlu bilinir.

 Maliyyə Nazirliyi bildirib ki, onun ABŞ banklarındakı bütün hesabları dondurulacaq, habelə Amerika şirkətləri ilə ticarət əlaqəsi qurmaq yasaqlanacaq. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar