SON XƏBƏRLƏR

ABŞ İrana dəstək verdiklərinə görə Çin şirkətlərini qara siyahıya saldı

2024.10.22, 12:40
ABŞ İrana dəstək verdiklərinə görə Çin şirkətlərini qara siyahıya saldı

ABŞ İranın kütləvi qırğın silahlarının inkişaf etdirilməsinə verdikləri dəstəyə görə 6 Çin şirkətini qara siyahıya salıb.

Gunaz.tv

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranın kütləvi qırğın və PUA proqramı ABŞ-nin milli təhlükəszliyinə təhdid yaratdığı üçün, bu proqrama dəstək verən Çin şirkətlərinə ABŞ texnologiyalarının satışına qadağa tətbiq edilib.

“İranın kütləvi qırğın silahları və dron proqramı, həmçinin Pakistanın ballistik raket proqramı kimi proqramlar Amerikanın milli təhlükəsizliyinə ciddi təhdidlər yaratdığı üçün adı siyahıya salınan şirkətlər Amerika texnologiyalarından faydalana bilməyəcəklər”,-  ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar