SON XƏBƏRLƏR

"Vatan" qəzeti: “4 İran kəşfiyyatçısı əməliyyat üçün Türkiyəyə daxil olub”

2021.10.20, 07:36
"Vatan" qəzeti: “4 İran kəşfiyyatçısı əməliyyat üçün Türkiyəyə daxil olub”

Gunaz.tv

GünAz TV: Bu barədə İsrail kəşfiyyat təşkilatı MOSSAD, Türkiyə Milli İstihbarat Təşkilatı MİTə məlumat verib.

MİTə verilən məlumatda qeyd olunub ki, İranlı 4 nəfər kəşfiyyatçı  əməliyyat üçün Türkiyəyə daxil olublar.

"Vatan" qəzeti yazıb ki, Kəşfiyyat qaynaqlarına görə İsrail ilə İran arasındakı gərginlik Türkiyəyə də sıçrayıb.

İddiaya görə MOSSAD, 4 İran vətəndaşının əməliyyat üçün Türkiyəyə girdiyi barədə xəbərdar olub və bu barədə MİT-ə məlumat verib. Qəzetin yazdığına görə İran kəşfiyyatçıları Qüds Ordusunun əsgərləridir.

Qeyd edək Qüds Ordusunun adı Dəniz Üçok, Muammer Aksoy, Əhməd Taner Kışlalı və Uğur Mumcu cinayətlərində hallanıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar