SON XƏBƏRLƏR

İsrail cavab hücumlarının sona çatmasından sonra İrana xəbərdarlıq edib: “gərginliyi daha da artırmayın”

2024.10.26, 10:38
İsrail cavab hücumlarının sona çatmasından sonra İrana xəbərdarlıq edib: “gərginliyi daha da artırmayın”

İsrailin İslam Respublikasının mövqelərinə hücumlarından sonra İsrail ordusunun sözçüsü Daniel Həğari İrana səhv etməmək və gərginliyi daha da artırmamaq barədə xəbərdarlıq edib.

Gunaz.tv

"Mən indi təsdiq edə bilərəm ki, biz İranın İsrailə qarşı hücumlarına İsrailin cavabını həyata keçirmişik", - Həgari ingilis dilində videoda deyib.

Daniel Həğari xəbərdarlıq edib ki, əgər İran "gərginliyin yeni raunduna başlamaq kimi bir səhv etsə, biz cavab verməyə məcbur olacağıq".

“Bizim mesajımız aydındır: İsrail dövlətini təhdid edən və regionu daha da gərginliyə cəlb etməyə çalışanların hamısı bunun əvəzini ağır ödəyəcək” - deyə o əlavə edib.

İsrail ordusunun sözçüsü deyib: "Bu gün biz qətiyyətli hərəkət etmək bacarığına və əzminə malik olduğumuzu göstərdik. Biz İsrail dövlətini və İsrail xalqını həm müdafiədə, həm də hücumda qorumağa hazırıq".

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar