SON XƏBƏRLƏR

Hillari Klintondan erməni lobbisinə cavab

2021.10.20, 07:36
Hillari Klintondan erməni lobbisinə cavab

Gunaz.tv

GünAz TV: ABŞ-dakı (Amerika Birləşmiş Ştatları) erməni lobbisinin Klintona təzyiqlərinə baxmayaraq o, soyqırım ifadəsini işlətməyib.

Birləşmiş Ştatlardakı erməni lobbisinin yazılı və şifahi təzyiqlərinə baxmayaraq , soyqırım ifadəsini  işlətməyən ABŞ dövlət katibi Hillari  Klinton onları məyus edib.

Amerika Milli Erməni Komitəsinin dövlət katibinə ünvanladığı məktubda seçki öncəsi Klintondan mövqeyinə yenidən baxması tələb olunub. Məktuba verdiyi cavabla erməniləri qəzəbləndirən Hillari Klinton isə bəyan edib ki, bu cür  dəhşətli  hadislərin  öhdəsindən  yalnız  birgə  işləmkə və həqiqətləri qəbul etməklə gəlmək olar: «Türkiyə və Ermənistan  tarixlərindəki ortaq problemləri həll etmək üçün birgə  işləməlidir. Biz irəliyə doğru atılan belə cəsur addımları dəstəkləməyə davam edəcəyik. İnanıram ki, onların  səyləri  hər  iki  xalq və bölgə üçün  daha sabit bir gəlcəyin  təməl daşı olacaq». N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar