SON XƏBƏRLƏR

Yol Polisindən qadın sürücülərə gül surprizi

2021.10.20, 07:36
Yol Polisindən qadın sürücülərə gül surprizi

Gunaz.tv

Yol Polisindən qadın sürücülərə gül surprizi

GünazTV:Azərbaycan polisi, 8 Mart Dünya Qadınlar Günündə qadın sürücülərə gül surprizi edib.  Paytaxt Bakıda müxtəlif yerlərdə yol  polisi  dayandırdığı qadın sürücülərə gül verib.

 Qayda pozuntusuna görə pilisin saxladığı qadın sürücülər bayram səbəbi ilə cəzadan xilas olublar. Şəhərin mərkəzi küçələrində  polis tərəfindən saxlanılan qadın sürücülər əvvəl qısa müddətə cəza qorxusu yaşayıblar.

Cəza yazma məqsədiylə qadın sürücülərin sənədlərini alan polis işçisi  güllə birlikdə sürücülərə sənədləri geri verincə  qadınların üzlərindəki qorxu sevincə dönüşüb.

Vəziyyəti sevinclə qarşılayan qadınlar, polisin "8 Mart Dünya Qadınlar Gününüz qutlu olsun" təbrikiylə yollarına davam ediblər. 

Saxladıqları hər bir qadın  sürücülərinə güllə poz verən Bakı polisi, fürsətdən faydalanaraq, qadın sürücülərə qayda pozuntuları etməmələri və trafik qaydalarına uyğun gəlmələri mövzusunda xatırlatma edib.S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar