SON XƏBƏRLƏR

Urmu Gölü etirazlarının iştirakçıları təhsildən məhrum edilib

2021.10.20, 07:36
Urmu Gölü etirazlarının iştirakçıları təhsildən məhrum edilib

Gunaz.tv

GünAz TV: Təbriz universitetinin təhlükəsizlik bölməsi (Hərasət) 7 nəfər azərbaycanlı öyrəncinin təhsilinə qadağa qoyub.

 

GünAz TV mətbuat mərkəzinin “Herana”-ya istinadən yaydığı məlumata görə, sözü gedən 7 öyrənci Urmu Gölü ilə bağlı bir neçə ay öncə keçirilən kütləvi etiraz yürüşlərində iştirak etdiklərinə görə təhsildən məhrum ediliblər.

 

Universitetin təhlükəsizlik bölməsi (Hərasət), universitetdən uzaqlaşdırılan öyrənciləri təhdid edib ki, bu məsələ mətbuata çıxarılarsa ETEELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə təhvil veriləcəklər.

 

Qeyd edək ki, Sözü gedən öyrəncilərin kimliyi “Herana” reportyorlarının (quzarişgərlər) nəzdində saxlanılır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar