SON XƏBƏRLƏR

Tehran rejimi axır çərşənbə mərasimini qadağan etdi

2021.10.20, 07:36
Tehran rejimi axır çərşənbə mərasimini qadağan etdi

Gunaz.tv

GünAz TV: İranda İlaxır çərşənbə günü vətəndaşların qanunsuz toplaşmasının və hər hansı bir mərasim keçirməsinin qarşısı alınacaq.

Bunu martın (March) 7-də jurnalistlərə açıqlama verən İran hüquq-mühafizə qüvvələrinin komandanı (fərmandehi), general İsmayıl Əhmədi Müqəddəm  bildirib.

General bildirib ki, polis qüvvələri vətəndaşların hər hansı mərasim keçirməsinə və ya bir yerə toplaşmasına imkan verməyəcək: “Polis vətəndaşların şənlənməsinə qarşı deyil. Lakin bəzi adamların bu mərasimdən sui-istifadəsini əngəlləmək üçün keçiriləcək hər hansı bir mərasimin qarşısını alacaq. Vətəndaşların asayişini pozduğuna görə tutulan şəxs Novruz bayramı tətilinin son gününə qədər həbsdə saxlanacaq”.

O, əlavə edib ki, həmin gün “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) də polis rolunu oynayacaq, bizimlə tam əməkdaşlıq edəcək və ümumi asayişi qoruyacaqlar”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar