SON XƏBƏRLƏR

Beynəlxalq Təhlükəsizlik və Elm İnstitutunun İran hökumətinin kimyəvi maddələri silaha çevirmək cəhdi ilə bağlı hesabat yayıb

2024.11.27, 11:22
Beynəlxalq Təhlükəsizlik və Elm İnstitutunun İran hökumətinin kimyəvi maddələri silaha çevirmək cəhdi ilə bağlı hesabat yayıb

Beynəlxalq Təhlükəsizlik və Elm İnstitutu bazar ertəsi İran hökumətinin narkotik tərkibli kimyəvi maddələrin silaha çevirmək istiqamətindəki fəaliyyətinə dair apardığı hərtərəfli araşdırmanın nəticələrini dərc edib.

Gunaz.tv

Təşkilat əsasən iki maddə olan fentanil və medotomidin və onların törəmələrinə diqqət yetirərək, İranın narkotik əsaslı maddələr üzərində fəaliyyətini və onların silaha çevirmək cəhdlərini təhlil edib.

Dərc edilmiş hesabatda fentanil və medotomidin əsasında öldürücü silahlar istehsal etməyə hazırlaşan bir neçə İran təhlükəsizlik qurumu araşdırılıb.

Bu qurumlar belə kimyəvi xassəli silahları güllə, qumbara atan və ya pilotsuz təyyarələrdə istifadə etmək üçün istehsal etməyə çalışırlar.

Tədqiqat nəticələri göstərir ki, İmam Hüseyn Universitetinin kimya fakültəsi  medotomidinin hərbiləşdirilməsi üzərində sürətlə işləyir. Xəbərdə vurğulanır ki, İran İnqilabı Keşikçiləri Korpusunun “metotomidinin aerozollaşması” sahəsində fəaliyyəti bu maddə üzərində işlərin tibbi araşdırma məqsədi ilə aparılmadığını göstərir.

İran hökumətinin bu istiqamətdəki fəaliyyəti əldə ediləcək kimyəvi maddələrin İsraildə və Yaxın Şərqin digər bölgələrində mülki şəxslərə və hərbçilərə qarşı istifadə edilməsi ilə bağlı narahatlıqları artırıb.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar