SON XƏBƏRLƏR

Fransa prezidenti Nikola Sarkozi ölkədə xariciləri görmək istəmir

2021.10.20, 07:36
Fransa prezidenti Nikola Sarkozi ölkədə xariciləri görmək istəmir

Gunaz.tv

GünAz TV: Fransa prezidenti Nikola Sarkozi bəyan edib ki, ölkədə həddindən artıq xarici var və onların inteqrasiyası (idğam) sistemi getdikcə daha pis işləyir.

Televiziya ilə yayımlanan debatda (münazirə) Sarkozi gələn ay yenidən prezident seçilərsə, ölkəyə bundan sonra gələn xaricilərin sayını yarıyadək azaldacağını deyib.

GünAz TV mətbuat mərkəzinin “kaspi”yə istinadən yaydığı məlumata görə, Sarkozi rəy sorğularında sosialist namizəd Fransua Ollanddan geridədir. O, həmçinin Marine le Penin liderlik etdiyi sağçı Milli Cəbhə partiyasının mühafizəkar seçicilərini öz tərəfinə çəkmək istəyir. Prezident deyib ki, Fransada immiqrasiyaya (mühaciər, köç) daha ciddi nəzarət olunmalıdır və yaşamaq hüququ üçün daha kəskin keyfiyyət tələbləri tətbiq olunmalıdır. Atası macar immiqrantı (mühacir) olmuş  Sarkozi deyib ki, 10 ildir ölkədə yaşayan immiqrantlara verilən bəzi ödənişlərə məhdudiyyətlər qoymaq istəyir.

Prezident Sarkozi irqçilik və immiqrasiya məsələləri ilə bağlı mübahisəli şərhləri tez-tez edir. 2005-ci ildə Paris üsyanlarından öncə o, şəhər kənarında asayişi pozan gəncləri "zibil yığını" adlandırmışdı. O deyib ki, əgər yenidən seçilərsə, Fransaya gələn immiqrantların sayını 180 mindən 100 minədək və onlara verilən hökumət yardımlarını azaldacaq. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar