SON XƏBƏRLƏR

Tehran rejimi internetə nəzarət qurumu yaradır

2021.10.20, 07:36
Tehran rejimi internetə nəzarət qurumu yaradır

Gunaz.tv

GünAz TV: İranın ali dini lideri Ayətulla Əli Xameneyi yeni internetə nəzarət orqanının yaradılması əmrini verib.

Dövlət mediasında yayılan bəyanata görə, qurumun üzvləri arasında ölkə prezidenti, informasiya və mədəniyyət nazirləri, polis və İnqilab Keşikçiləri (Sepah) komandirləri (fərmandehi) olmalıdır.

İran hakimiyyətinin internetə nəzarət tədbirləri arasında bu, ən sərt addım hesab olunur.

Bundan öncə İranda müxalifət saytları bloklanmış və İranın Qərb və müttəfiqlərinə qarşı "soyuq müharibə" adlandırdığı tədbirlər çərçivəsində xüsusi nəzarət komandaları yaradılmışdı.

İran İsraili 2010-cu ildə aşkar edilmiş və uranın zənginləşdirilməsi avadanlığını (təchizat) hədəfə alan kompüter virusuna görə günahlandırır.

Ali dini lider Ayətulla Əli Xameneyinin qərarında yeni yaranan qurum haqda digər təfərrüatlar açıqlanmır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar