SON XƏBƏRLƏR

Meşkinşəhrdə azərbaycanlı siyasi məhbuslarla bağlı Bildirişlər yayılıb

2021.10.20, 07:36
Meşkinşəhrdə azərbaycanlı siyasi məhbuslarla bağlı Bildirişlər yayılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Meşkinşəhr (Xiyav) şəhərində genişmiqyasda Bildiriş və Afişalar (puster) yayılıb.

 

Bildirişlərdə Azərbaycanlı siyasi məhbuslar, o cümlədən İbrahim Rəşidi, Mehrdad Kərəmi, Ruzbeh Səadəti, Məhəmməd Əhədi və Əfşin Şəhbazi kimi tutuqluların dərhal azadlığı tələb olunur və onların vəziyyəti ilə bağlı məlumat verilir.

 

Qeyd edək ki, hazərda adını çəkdiyimiz azərbaycanlı məhbuslardan Mehrdad  Kərəmi Təbriz zindanında, digərləri isə Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin təcridxanasında naməlum şəraitdə saxlanılırlar. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar