SON XƏBƏRLƏR

Xarici işlər nazirlərinin Naxçıvan görüşündə Bəyannamə qəbul olunub

2021.10.20, 07:36
Xarici işlər nazirlərinin Naxçıvan görüşündə Bəyannamə qəbul olunub

Gunaz.tv

GünAz TV: Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin Naxçıvanda keçirilən görüşü başa çatıb. Regional (bölgəsəl) əlaqələrin və layihələrin müzakirə olunduğu görüşün sonunda Naxçıvan Bəyannaməsi imzalanıb.

Bəyannamədə qeyd olunub ki, nazirlər önəmli regional və beynəlxalq məsələlərdə müzakirələri davam etdirməyi dəstəkləyirlər: «Azərbaycanın BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini məmnuniyyətlə qarşılayırıq».Sənəddə qeyd olunub ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyi vurğulayır.Sənəddə bildirilir ki, nazirlər üçtərəfli iqtisadi komitənin bu ilin may ayında Türkiyədə ticarət, sənaye və investisiya (sərmayə yatırımı), iyunda (June) Azərbaycanda nəqliyyat, sentyabrda (September) İranda enerji, oktyabrda (October) İranda Turizm və mədəniyyət alt komitələrinin toplantılarının keçirilməsini razılaşdırıblar. Toplantıların dəqiq tarixi görüşdən bir ay əvvəl müəyyənləşdiriləcək.Tərəflər Bakı-Tiflis-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yoluna birləşdirmə imkanlarının mövcud olduğunu bəyan ediblər.Tərəflər viza rejiminin sadələşdirilməsi məsələsini düşünəcəklər.Nazirlərin növbəti görüşü 2012-ci ilin sentyabr ayında Van şəhərində keçiriləcək. Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və İranın xarici işlər naziri Əli Əkbər Salehi imzalayıblar. N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar