SON XƏBƏRLƏR

Gürcüstan Prezidenti: "Bir kərə yüksələn bayraq bir daha enməz"

2021.10.20, 07:36
Gürcüstan Prezidenti: "Bir kərə yüksələn bayraq bir daha enməz"

Gunaz.tv

GünAz TV: Gürcüstan Prezidenti Mixail Saakaşvili  Milli Məclisdə çıxış edib. Saakaşvili çıxışını Azərbaycan dilində başlayıb.

"Bizi bir strateji əməkdaşlıq bağlayır, bizi əsrlər boyu davam edən böyük dostluq əlaqələri bağlayır. Azərbaycan və Gürcüstan tarix boyu oxşar problemlər yaşayıb", - Saakaşvili çıxışında deyib. Gürcüstan Prezidentinin sözlərinə görə, Azərbaycan və Gürcüstan qələbələrdə və məğlubiyyətlərdə bir olub - istər xristianlara (məsihilərə), istər müsəlnmanlara qarşı. İlk dəfə Azərbaycan Respublikasının (Cümhuriyyət) müstəqilliyi 1918-ci ildə Tiflisdə elan olunub. Saakaşvili Məmməd Əmin Rəsulzadənin sözlərini Azərbaycanca deyib: "Bir kərə yüksələn bayraq bir daha enməz". Onun sözlərinə görə, Azərbaycan böyük sürətlə inkişaf edir və beynəlxalq arenada (ərsə, səhnə) iri oyunçuya çevrilib. "Gürcüstan Azərbaycanın həqiqi dostu və srtateji tərəfdaşı kimi sizin uğurlarınıza yalnız sevinə və fəxr edə bilər", - Saakaşvili deyib. O qeyd edib ki, iki ölkə arasında strateji tərəfdaşlıq həyati əhəmiyyət kəsb edir. "Bizim birliyimiz kimə qarşısa yönəlməyib", - Saakaşvili bildirib. Milli Məclisin sədri Oqtay Əsədov isə çıxışında deyib ki, bu gün Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığa malikdir və hərtərəfli əlaqələri inkişaf etdirir. İki ölkənin iştirakı ilə bölgədə nəhəng transmilli layihələr həyata keçirilir.

"Hər iki dövlətin ərazi bütövlüyü ilə bağlı problemləri var. Lakin beynəlxalq hüquq bizim tərəfimizdədir və bu, onu deməyə əsas verir ki, biz bu problemin həllinə nail olacağıq", - Əsədov əlavə edib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar