SON XƏBƏRLƏR

Suriya Milli Şurası Ankaranın tam dəstəyini qazanmağa çalışır

2021.10.20, 07:36
Suriya Milli Şurası Ankaranın tam dəstəyini qazanmağa çalışır

Gunaz.tv

GünAz TV: Rəsmi Ankara Suriya təhlükəsizlik qüvvələrilə döyüşən Suriya Azadlıq Ordusuna silah yardımı etmək üçün Suriya Milli Şurasının ofis yaratmaq haqda təklifini şərh etməyib.

 

Suriya Milli Şurası müxalifətə silah çatıdırılması üçün bir qurum yaradılmasını təklif edib. Bu, Suriya müxalifətinə güclü dəstək verən, lakin onun silahlandırılması məsələsində geri çəkilmiş rəsmi Ankara qarşısında çətin vəziyyət yaradır.

 

GünAz TV mətbuat mərkəzinin “VOA”-ya istinadən yaydığı məlumata görə, Rəsmi Ankara Suriya təhlükəsizlik qüvvələrilə döyüşən Suriya Azadlıq Ordusuna silah yardımı etmək üçün Suriya Milli Şurasının ofis yaratmaq haqda təklifini şərh etməyib. Müxalif qruplardan təşkil edilmiş Suriya Milli Şurası ofisin Türkiyədə yaradılmasının mümkünlüyünü qeyd edib.

 

Lakin tərəflər keçən həftənin cümə günü Suriya Milli Şurasının rəhbərliyi və Türkiyənin xarici işlər naziri arasında keçirilən görüşdə məsələnin müzakirə edildiyini inkar edərək, danışıqların bu ayın sonu İstanbulda keçiriləcək “Suriyanın Dostları” adlanan beynəlxalq qrupun toplantısına hazırlıqlar ətrafında aparıldığını bildirib. “Suriyanın Dostları” Suriya müxalifətinə dəstək verən Ərəb və Qərb ölkələrinin yaratdığı qrupdur. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar