SON XƏBƏRLƏR

"Nüvə İranına qarşı birlik" təşkilatından İranla mübarizə üçün yeni layihə təklif olunub.

2025.01.14, 11:22
"Nüvə İranına qarşı birlik" təşkilatından İranla mübarizə üçün yeni layihə təklif olunub.

"Nüvə İranına qarşı birlik" (UANI) təşkilatı Tramp adminstrasiyasına ilk 100 gündə İranla mübarizə üçün layihə təqdim edib.

Gunaz.tv

Tehranı beynəlxalq terrorizmin və regional sabitliyin pozulmasının əsas mənbəyi kimi tanıyan UANİ-nin planı Amerika milli gücünün dörd əsas aləti ətrafında qurulmuş bütöv bir hökumət strategiyasını təqdim edir: Diplomatik, İnformasiya, Hərbi və İqtisadi (DIME).

Layihəyə əsasən Amerika İrandan nüvə proqramında sıfır zənginləşdirmə və ya təkrar emal rejiminə riayət etməsini tələb etməli, öz müttəfiqləri ilə İrana qarşı koalisiya yaratmalı, İranın mümkün aktivlərini dondurmalı, İran Amerika vətəndaşlarına zərər verərsə İranın dərinliklərinə raket zərbələri endirilməli, İranın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi bütün "kölgə donanması" aşkar edilməli və İran neftini öz gəmilərində daşımamağı öhdəsinə götürən dəniz kapitanları üçün mükafat proqramı işə salınmalıdır.

Təşkilatın fikrincə, bu hərtərəfli plana əsasən Amerikanın növbəti hökuməti İranı önəmli ölçüdə zəiflədə biləcək.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar