SON XƏBƏRLƏR

Rəsmi qərar: Ermənistan "Eurovision-2012"yə qatılmayacaq

2021.10.20, 07:36
Rəsmi qərar: Ermənistan "Eurovision-2012"yə qatılmayacaq

Gunaz.tv

GünAz TV: Bu gün Ermənistanın İctimai Televiziyası Avropa Yayım Birliyinə (EBU) ölkənin "Eruovision-2012" Mahnı Müsabiqəsində iştirakdan imtina etməsi barədə rəsmi məlumat verib.

Bu barədə eurovision.tv saytında məlumat yerləşdirilib.

"Yayımın bu il Eurovision-2012 mahnı müsaqibəsindən imtina etməklə bağlı qərarından həqiqətən məyus olduq”,- deyə Avropa Yayım Birliyinin adından müsabiqənin icraçı supervayzeri Con Ola Sand bildirib.

 "Avropa Yayım Birliyinin səyləri və yarışmanın ev sahibinin Ermənistan nümayəndə heyətinin bu müsabiqədə rahat iştirakına təminat verməsinə baxmayaraq bizim nəzarətimizdən kənar olan şərtlər onların qərarına mane ola bilmədi", deyə supervayzer əlavə edib.

 Beləliklə, Azərbaycan, Bakıda keçiriləcək Eurovision-2012 müsabiqəsində elan edilmiş 43 ölkə əvəzinə 42 ölkə iştirak edəcək. Hər yarım finalda 18 ölkə təmsil olunacaq. Fransa, Almaniya, İtaliya, İspaniya, Birləşmiş Krallıq və müsabiqə keçiriləcək ölkə-Azərbaycan finala avtomatik (otomatik) olaraq qatılacaqlar. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar