SON XƏBƏRLƏR

İranda avtomobil Azərbaycan vətəndaşını vurub

2025.01.16, 13:08
İranda avtomobil Azərbaycan vətəndaşını vurub

Naxçıvan sakinini İranda avtomobil vurub.

Gunaz.tv

GünazTV APA-ya istinadən xəbər verir ki, hadisə qonşu ölkənin Culfa şəhərinə yaxın ərazidə qeydə alınıb.

Babək rayon sakini 1986-cı il təvəllüdlü Nəsirov Nəvai Yasin oğlu yol qəzası nəticəsində ağır xəsarət alıb.

Hadisə N.Nəsirov sürücüsü olduğu avtomobilin qapısını açarkən baş verib.

O, Təbriz şəhərində xəstəxanaya çatdırılıb. İki ayağı sınan, başından xəsarət alan N.Nəsirovun vəziyyətinin ağır olduğu, komaya düşdüyü bildirilir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar