SON XƏBƏRLƏR

Son 3 ayda məktəblər 24 gün bağlı qalıb

2025.01.17, 10:59
Son 3 ayda məktəblər 24 gün bağlı qalıb

İranda təhsilin müxtəlif səviyyələrində məktəblər son üç ayda ümumilikdə 24 gün müddətinə bağlanıb.

Gunaz.tv

Bu bağlanmanın səbəbi kimi enerji çatışmazlığı böhranı, havanın çirklənməsi, bəzi hallarda isə soyuq, yağış və qar kimi göstərilsə də, müşahidəçilər bunun ölkənin tamamilə qapadılması və rejimin korrupsiya əməlləri ilə bağlı olduğunu deyirlər.

Vətəndaşlar müxtəlix dövlət qurumlarında yaşanan vaxtaşırı qapanmaların səbəbinin ölkəni bürüyən iqtisadi böhranla əlaqələndirirlər.

Tehranda yerləşən “Şərq” qəzeti cümə axşamı verdiyi xəbərdə koronavirus pandemiyası zamanı ümumi qapanmadan sonra bu ilin yanvar və dekabr aylarının İranda “tələbələr üçün ən çətin akademik aylardan biri” olduğunu bildirib.

“Şərq” qəzetinin yazdığına görə, belə fasiləli tədris forması şagirdlərin öyrənmə keyfiyyətini açıq şəkildə aşağı salıb və müəllimlərin işinin keyfiyyətinə təsir edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar