SON XƏBƏRLƏR

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı İsrailin İrana hücum planlarına dair sənədləri sızdırdığını etiraf edib

2025.01.18, 11:45
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı İsrailin İrana hücum planlarına dair sənədləri sızdırdığını etiraf edib

İsrailin İrana hücum planlarına dair çox məxfi sənədləri sızdırmaqda günahlandırılan Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Asif Rəhman cümə günü məhkəmədə ittihamları boynuna alıb.

Gunaz.tv

2016-cı ildən MKİ-də işləyən və çox məxfi məlumatlara çıxışı olan 34 yaşlı Asif Rəhman bu payızda Kambocada FTB tərəfindən həbs edilib. O, milli müdafiə ilə bağlı məlumatları qəsdən saxlamaq və ötürmək ittihamı ilə 20 ilədək həbs cəzası ala bilər.

Məhkəmə sənədlərinə görə, Asif Rəhman bu il oktyabrın 17-də “Amerikanın xarici müttəfiqi və onun xarici düşmənə qarşı planlaşdırdığı hərbi əməliyyatlar” haqqında olan iki çox məxfi sənədi açıqlayıb.

Məhkəmənin məlumatına görə, bu əməkdaş MKİ-də işlədiyi müddətdə məxfi sənədlərin fotolarını çəkib və sənədləri onların mənbəyini və izlərini gizlədəcək şəkildə redaktə etmək üçün proqram təminatından istifadə edib. Daha sonra bu sənədləri bir neçə nəfərə göndərib və çap olunmuş nüsxələri məhv edib.

Rəhman həmçinin məxfi məlumatları ötürmək üçün istifadə etdiyi şəxsi mobil telefon və internet modemi də daxil olmaqla bir neçə elektron cihazı məhv edib və onların qalıqlarını ictimai zibil qutularına atıb.

"Washington Post" xəbər verir ki, Amerika Milli Kəşfiyyat Agentliyi tərəfindən hazırlanan sənədlər İsrail hava bazasında hava təlimləri və döyüş sursatlarının hərəkətinin təfərrüatlarını ehtiva edir. Bu məlumatın açıqlanması İsrail rəsmilərinin İran İslam Respublikasının mövqelərinə cavab hücumunu gecikdirməsinə səbəb olub.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar