SON XƏBƏRLƏR

İnsan haqları təşkilatları həyəcan təbili çalır - Əhvazda kütləvi həbslər

2025.01.19, 11:17
İnsan haqları təşkilatları həyəcan təbili çalır - Əhvazda kütləvi həbslər

Onlarla Əhvaz ərəb fəalının həbsindən və yüzə yaxın şəxsin kəşfiyyat orqanlarına çağırılmasından sonra, on dörd insan haqları təşkilatı Əhvazda son həbslərlə bağlı bəyanat yayaraq narahatlıqlarını ifadə ediblər.

Gunaz.tv

Bəyanatda vurğulanıb ki, İslam Respublikası hökumətinin bu həbslərdə məqsədi Xuzistan ərəblərinin “mədəni, sosial və siyasi kimliyini zəiflətmək” və onların əsas hüquqlarını sistematik şəkildə pozmaqdır. Təşkilatların qeyd etdiyinə görə, məhbusların naməlum yerlərə köçürülməsi və onların vəziyyəti ilə bağlı məlumatların əldə olunmaması işgəncə və pis rəftar riskini artırır.

 

Əhvazlı jurnalist və Avropada yaşayan Səid Hafizi yanvarın 10-da “X” sosial şəbəkəsində Xuzistan əyalətində “9-dan çox ərəb sənətçisi, şairi və ictimai fəalının” həbs edildiyini bildirib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar