SON XƏBƏRLƏR

İran-Ermənistan sərhəddində daha bir "dostluq" addımı...

2021.10.20, 07:36
İran-Ermənistan sərhəddində daha bir "dostluq" addımı...

Gunaz.tv

GünAz TV: İran İslam respublikası (cümhuriyyəti) ilə Ermənistan sərhəddində “Dostluq və sülh” parkı salınacaq.

Bu barədə məlumatı İran prezidentinin müavini Muhamməd Cavad Muhammədzadə jurnalistlərə açıqlamasında verib.

Muhammədzadə parkın İrəvanla Tehran arasında bağlanmış ekologiya razılaşmasına əsasən hər iki ölkənin sərhəddindəki 100 000 hektarlıq ərazidə salınacağını deyib. “Park hər iki ölkənin sərhəd zolağı mühafizə edilərək salınacaq. Parkın coğrafi ərazisi GPS vasitəsilə 2 ayda müəyyənləşəcək və daha sonra da qüvvəyə minəcək. İki ölkə arasında ekologiya əməkdaşlığı mövzusundakı ilk protokol 10 il əvvəl imzalansa da indiyə qədər açıq addım atılmamışdı” – deyə prezidentin müavini bildirib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar