SON XƏBƏRLƏR

Xamenei sui-qəsd nəticəsində öldürülən hakimlərin dəfn mərasimində güllə keçirməz jiletləmi iştirak edib?

2025.01.21, 14:15
Xamenei sui-qəsd nəticəsində öldürülən hakimlərin dəfn mərasimində güllə keçirməz jiletləmi iştirak edib?

İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei keçən şənbə günü paytaxt Tehranda güllələnərək öldürülən casusluq və terror işlərinə baxan İran Ali Məhkəməsinin iki yüksək rütbəli hakiminin dəfn mərasimində iştirak edib.

Gunaz.tv

Qeyd edək ki, tədbirdən çəkilmiş fotolarda ali liderin həmişəkindən bir qədər iri görünməsi, onun qoruyucu jiletlə dəfn mərasiminə qatıldığına işarə edir.

Bu hadisənin üstündən bir neçə gün keçməsinə baxmayaraq, İranın hələ də hücum və onun səbəbləri haqqında dəqiq məlumat əldə edə bilməməsi hadisənin səbəbinin vətəndaş etirazları olmasına dair ehtimalları daha da gücləndirir.

Xamenei İranda bəlkə də ən çox təhdid edilən fiqur hesab olunur və özünü hər zaman ciddi təhlükəsizlik tədbirləri ilə əhatə edir.

Ədliyyə nazirliyinin sözçüsü Əsgər Cahangir şənbə günü dövlət televiziyasında qətlin iki hakimin uzun müddətdir milli təhlükəsizlik işlərində, o cümlədən casusluq və terrorizmlə mübarizədə iştirak etməsi ilə bağlı ola biləcəyini təbliğ etməyə çalışıb.

“Son bir ildə ədliyyə casusların və terrorçu qrupların müəyyən edilməsi üçün geniş səylər göstərib və bu, düşmənlər arasında qəzəb və hiddət doğurub."- deyə o iddia edib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar