SON XƏBƏRLƏR

Vüqar Abbasov: “Biz yaranacaq vəziyyətdən istifadə edərək Azərbaycanı bütövlüyünü əldə etməyə çalışmalıyıq”- Müsahibə

2021.10.20, 07:36
Vüqar Abbasov: “Biz yaranacaq vəziyyətdən istifadə edərək Azərbaycanı bütövlüyünü əldə etməyə çalışmalıyıq”- Müsahibə

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, "Wereldregio" qəzetinin əməkdaşı, "On File" Jurnalistlər Birliyinin üzvü, diaspor fəalı Vüqar Abbasovdur.

- Barak Obama İsrail tərəfindən İrana qarşı müharibə başlayacağı təqdirdə Təl-Əvivi dəstəkləyəcəkərini bildirib. Sizcə, İsrailin İrana qarşı müharibə elan etməsi realdırmı?

 

- Nəzəri cəhətdən mümkündür. Ancaq düşünürəm ki, İndiki durumda İsrailin müharibəyə başlayacağı real deyil. Hər halda mən buna az inanıram. Ən azı yaxın bir neçə ay ərzində. Obamanın İsrailə dəstək verməyinə gəlincə, Amerika və İsrail hər vaxt müttəfiq olublar. Onların maraqları çox vaxt eyni olub. Oa bilsin ki, Amerika növbəti planlını bu dəfə İsrailin əli ilə həyata keçirtsin və özü də ona dəstək versin.

 

- İrana qarşı müharibə tətbiq olunarsa, Güney Azərbaycan Milli Hərəkatı hansı mövqeydə dayanmalıdır?

 

- Bilirsiz ki, İranda yetərincə soydaşımız yaşayır. Bunun səbəblərini də kimsəyə açıqlamağa ehtiyac yoxdur. Azərbaycan ərazilərinin böyük bir hissəsi hazırda İranın nəzarətindədir. İstər Güney Azərbaycan Milli Hərəkatı, istərsə də Azərbaycan dövləti çalışmalıdırlar ki, müharibə başlayacağı halda soydaşlarımız bu vəziyyətdən ən azından minimum itki ilə çıxsınlar. Hanı mövqedə durmağa gəlincə, bu yaranacaq şəraitdən asılı olacaq.

- İranda mövcud siyasi rejim devrilərsə, bundan soydaşlarımızın nə əldə edəcəklər?

 

- Bizim hər birimizin arzusu Azərbaycanı bütöv görməkdir. Təbii ki, bunun əksini istəyənlər daha çoxdur. Düşünürəm ki, nə qədər qəribə səslənsə də, bir məsələdə həm Amerikanın, həm Rusiyanın, həm də İranın mövqeyi eynidir. Onlar heç biri regionda (bölgədə) güclü Azərbaycan, yani ikinci güclü Türk dövlətini görmək istəmirlər. Bunu eləcə də regiondakı digər digər dövlətlər, təbii ki, başda Ermənistan olmaqla Gürcüstan da istəməz. Hazırda qardaş Türkiyədən çıxmaq şərti ilə, bütöv Azərbaycanı görmək istəyən başqa bir dövlət görmürəm. Təbii ki, söhbət region dövlətlərindən gedir. Biz yaranacaq vəziyyətdən istifadə edərək Azərbaycanı bütövlüyünü əldə etməyə çalışmalıyıq. Bir daha qeyd etmək istəyirəm ki, bu məsələnin reallaşmasının şətinliyinin fərqindəyəm. Ancaq belə bir deyim varI “heç vaxt heç vaxt demə”.

Söhbətləşdi: Elnur Eltürk

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar