SON XƏBƏRLƏR

İran Dəmir Yollarının baş direktoru: İlk Tehran-Van qatarı martın 10-da yola düşəcək

2025.02.06, 12:27
İran Dəmir Yollarının baş direktoru: İlk Tehran-Van qatarı martın 10-da yola düşəcək

Dəmir Yollarının baş direktoru Cabarəli Zəkəri bu il ilk Tehran-Van qatarının hərəkətə başladığını elan edərək deyib: Tehran-Van qatarının yaradılmasında məqsəd Novruz sərnişinləri ərəfəsində sərnifindaşımanı asanlaşdırmaqdır.

Gunaz.tv

Cabarəli Zəkərinin sözlərinə görə, bazar və çərşənbə günləri qatar Tehrandan Vana, bazar ertəsi və cümə axşamı isə Vandan Tehrana hərəkət edəcək. Biletlərin ön satışı fevralın 11-dən 13-dək keçiriləcək və sərnişin aktivliyi müşaiət olunarsa, ikinci mərhələdə qatar Ankara və İstanbula qədər hərəkəti davam etdirəcək.

Xatırladaq ki, bundan əvvəl Ankaraya bir günlük səfəri zamanı yollar və şəhərsalma naziri Fərzaneh Sadiq Tehran-Van sərnişin qatarının fəaliyyətinin bərpa olunduğunu elan etmiş və bildirmişdi ki, “mal tranziti və sərnişin və turist axınının artması mütləq hər iki ölkənin inkişafına öz təsirini göstərəcək”.

Tehran-Van qatarı daha əvvəl 2019-cu ilin iyul ayında fəaliyyətə başlamışdı, ancaq sonrdan bu xəttin fəaliyyəti dayandırılmışdı.

C
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar