SON XƏBƏRLƏR

İrandan nüvə müşahidəçilərinə yaşıl işıq

2021.10.20, 07:36
İrandan nüvə müşahidəçilərinə yaşıl işıq

Gunaz.tv

GünAz TV: İran BMT (Birləşmiş Millətlər Təşkilatı) nüvə müşahidəçilərinə Parçin hərbi kompleksinə girişə icazə verəcəyini açıqlayıb.

Keçən il Beynəlxalq Atom Enerjisi Agentliyi hesabatında İranın Parçində partlayıcıların sınağının keçirdiyini və bunun İranın atom bombası yaratmağa çalışması cəhdinin göstərici olduğunu bildirmişdi. Bu barədə ANN.Az “Euronews”-a istinadən məlumat yayıb.

Fevral (February) ayında Tehranda danışıqlıqlar zamanı BMT (Birləşmiş Millətlər Təşkilatı) nüvə müşahidəçiləri Parçinə baş çəkmək istəsə də, İran tərəfi buna razılıq verməmişdi.

İran Beynəlxalq Atom Enerjisi Agentliyinə hərbi qurğuya baş çəkməyə icazə versə də, səfərin tarixi haqda məlumat verməyib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar