SON XƏBƏRLƏR

Rusiya hərbi təyyarəsi Polşa sərhədini pozdu

2025.02.12, 13:25
Rusiya hərbi təyyarəsi Polşa sərhədini pozdu

Rusiyaya məxsus hərbi təyyarənin Polşa sərhəddini pozduğu iddia edilir.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

Rusiyanın Kalininqrad şəhərindən havaya qalxan təyyarə Qdansk körfəzinin şərq hissəsində Polşa hava məkanına 6,5 ​​kilometr daxil olub. Rusiya təyyarəsinin radar sistemi tərəfindən izlənildiyi və müdaxilədən sonra dərhal marşrutunu dəyişdiyi bildirilib.

“Polşa hava məkanına nəzarətə cavabdeh olan rəsmilərin əlaqə saxladığı Rusiya tərəfi ölkənin hava məkanının pozulması faktını təsdiqləyib və vəziyyətin "Su-24MR" təyyarəsinin naviqasiya sistemindəki nasazlıq nəticəsində yarandığını bildirib”, - deyə məlumatda qeyd olunub.

Rusiya təyyarəsi 1 dəqiqə 12 saniyəlik uçuşdan sonra Polşa səmasını tərk edib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar