SON XƏBƏRLƏR

Kanada Suriyadakı səfirliyini bağladı

2021.10.20, 07:36
Kanada Suriyadakı səfirliyini bağladı

Gunaz.tv

GünAz TV: Kanada özünün Suriyadakı səfirliyini bağlayıb. Bundan başqa bu ölkə Dəməşqə qarşı yeni sanksiyalar (təhrimlər) tətbiq edəcək.

Bununla bağlı Kanadanın xarici işlər naziri Con Berd bəyanat verib. Kanada xarici işlər idarəsinin rəhbəri Dəməşqə qarşı artıq sayca 6-cı sanksiyalar paketinin tətbiq olunduğunu bəyan edib. Yeni sanksiyalar Suriya Mərkəzi Bankı ilə istənilən fəaliyyətə qadağa qoyur. Eləcə də bu ölkədəki istənilən fiziki və hüquqi şəxsə münasibətdə maliyyə xidmətlərinin göstərilməsini məhdudlaşdırır. Son aylarda Kanada Suriyaya silah və döyüş sursatlarının ixracına qadağa qoyub. Bununla yanaşı Kanada banklarında saxlanılan onlarla Suriya dövlət şirkətinin və fərdi şəxslərin aktivləri dondurulub, əməkdaşlığa dair bütün ikitərəfli müqavilələrin həyata keçirilməsi dayandırılıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar