SON XƏBƏRLƏR

Ermənistan İctimai Radiosu dövlət himnini ixtisar etdi

2025.02.25, 12:41
Ermənistan İctimai Radiosu dövlət himnini ixtisar etdi

Ermənistanın İctimai Radiosu ölkənin dövlət himnini ixtisar edilmiş variantda səsləndirir.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistanda fəaliyyət göstərən "News.am" portalı məlumat yayıb.

Bildirilib ki, himndən “Düşmənlərə qarşı bərq vuran üçrəngli bayraq” və “Şanlı Ermənistanı yaratsın" misraları radioda səsləndirilən versiyadan çıxarılıb.

Himndən çıxarılan bəndin sətri tərcüməsi belədir:

“Üç rəngə tamaşa elə,

Bizim müqəddəs rənglərimizə.

Qoy, o daim düşmənə bərq vursun

Şanlı Ermənistanı yaratsın".

“On gündür “İctimai” radionun səhər proqramı dövlət himninin ixtisar olunmuş variantı ilə yayıma başlayır”, - portal qeyd edir.

Mənbə xatırladır ki, bundan əvvəl radionun direktoru Armen Koloyan xəbərlər xidmətinin redaksiyasına müxtəlif ölkələrin, o cümlədən Bakı vaxtını göstərən saat qoyması müzakirələrə səbəb olmuşdu.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl dəfələrlə dövlət himnini tənqid edib. O, Ermənistanın himninin standartlara cavab vermədiyini əsas gətirərək, sözlərinin dəyişdirilməsini təklif edib. Himnin dəyişdirilməsinin təşəbbüskarlarından biri də Ermənistan parlamentinin spikeri Alen Simonyandır.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar