SON XƏBƏRLƏR

ATƏT və AŞPA Rusiyada seçkilərin ədalətli keçirilmədiyini deyir

2021.10.20, 07:36
ATƏT və AŞPA Rusiyada seçkilərin ədalətli keçirilmədiyini deyir

Gunaz.tv

GünAz TV: Müşahidəçilər səslərin hesablanması zamanı seçki dairələrinin 1/3-də qaydalarının kobud surətdə pozulduğunu bildiriblər.

"Rusiyada seçkilər ədalətli keçirilmədi!" Bu fikri Rusiyada prezident seçkilərini müşahidə edən ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) və AŞPA-nın (Avropa Şurası Parlament Assambleyası) nümayəndələri bildiriblər.

İnterfax-ın məlumatına görə, müşahidəçilər səslərin hesablanması zamanı seçki dairələrinin 1/3-də prosedura (gedişat, rəvənd) qaydalarının kobud surətdə pozulduğunu bildiriblər: "Bizim qiymətimizə görə, elektron səsvermə və hesablama sisteminə innovasiyalar (yenilik) tətbiq olunsa da, seçkilər ədalətli keçirilməyib". Bu fikri beynəlxalq missiyanın (mission) xüsusi koordinatoru (həmahəngilik məsulu) Toni Pikula jurnalistlərə açıqlamasında səsləndirib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar