SON XƏBƏRLƏR

Con Makkeyn: “Suriyaya hərbi müdaxilə qaçılmazdır”

2021.10.20, 07:36
Con Makkeyn: “Suriyaya hərbi müdaxilə qaçılmazdır”

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) respublikaçı (cümhuriyyətçi) senatoru Con Makkeyn Suriyaya havadan zərbə endirilməsi ilə bağlı fikir səsləndirib.

O, Senatın tribunasından ABŞ-ın ərəb ölkəsindəki daxili münaqişəyə müdaxilə etməli olduğuna dair rəsmən çıxış edən ilk amerikalı siyasətçidir. Makkeyn hesab edir ki, Suriyaya qonşu dövlətlər tərəfindən hərbi müdaxilə qaçılmazdır. Makkeyn anti-hökumət qüvələri üçün Homs şəhərinin itirildiyini də bəyan edib. Avropa Birliyinin xarici işlər üzrə ali nümayəndəsi Ketrin Eşton Praqada keçirdiyi mətbuat konfransında çıxışı zamanı Homsa kömək etmək məqsədilə beynəlxalq birliyin Suriyada hərəkətə keçməli olduğunu bəyan edib. Bundan başqa o bildirib ki, Rusiya Suriyada yeni iqtidarı qəbul etməlidir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar